Okt 26, 2026 | 14:48 / Mühüm hadisələr
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun kollektivi gənclərin kitaba marağının artırılması və mütaliə mədəniyyətinin təşviqi məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət edib.
Ziyarət zamanı əməkdaşlar sərgi stendləri ilə tanış olub, müxtəlif nəşriyyatların təqdim etdiyi kitab və nəşrlərə baxıblar.
Beynəlxalq kitab sərgisi müxtəlif nəşrlərlə tanış olmaq, elmi və bədii ədəbiyyat nümunələrini nəzərdən keçirmək üçün imkan yaradıb.
Qeyd edək ki, sərgi oktyabrın 27-dək davam edəcək. “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil edilən builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.









