Xəbərlər
Foto
Kimya İnstitutu ilə Rusiya Kimya-Texnologiya Universiteti arasında əməkdaşlıq müzakirə olunub
Okt 28, 2026 | 15:47 / Görüşlər
Oxunub 48 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu və D. İ. Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin nümayəndələri arasında onlayn görüş keçirilib.

Görüşdə universitetin Beynəlxalq Layihələr və Proqramlar Departamentinin direktor vəzifələrini icra edən Stanislav İqoreviç Remkov və prorektor Dmitri Sergeyeviç Kadımov iştirak ediblər.

Tərəflər birgə elmi-tədqiqat layihələri, laboratoriyalar arasında təcrübə mübadiləsi və elmi seminarların təşkili imkanlarını müzakirə ediblər.

Kimya İnstitutunun Beynəlxalq Əməkdaşlıq sektorunun mütəxəssisi Araz Dövlətov birgə tədqiqatların konkret elmi istiqamətlər üzrə qurulmasının və əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib.

Rusiya universitetinin nümayəndələri növbəti görüşün hər iki müəssisənin rəhbərliyi və müvafiq laboratoriyaların iştirakı ilə keçirilməsini təklif ediblər. Görüşdə potensial birgə layihələrin müzakirəsi və əməkdaşlıq memorandumu məsələsinə baxılması planlaşdırılır.

JURNALLAR
Faydalı linklər