Kimya İnstitutunda Ümumdünya Şəhərsalma Günü qeyd olunub
Okt 28, 2026 | 14:07 / Konfranslar, iclaslar
Okt 28, 2026 | 14:07 / Konfranslar, iclaslar
Oxunub
dəfə
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ümumdünya Şəhərsalma Günü” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən institutun Həmkarlar Təşkilatı sədrinin müavini Elxan İsakov şəhərlərin inkişafı, müasir şəhərsalmanın əsas istiqamətləri və ətraf mühitin qorunmasının əhəmiyyəti barədə danışıb. O, şəhərlərin planlaşdırılmasında ekoloji amillərin nəzərə alınmasının, təbii resurslardan səmərəli istifadənin və sağlam şəhər mühitinin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Tədbirdə şəhərsalma və memarlıq sahəsində müasir yanaşmalar, urbanizasiya prosesinin ətraf mühitə təsiri və dayanıqlı şəhər inkişafı məsələləri müzakirə olunub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.









