Xəbərlər
Foto
Kimya İnstitutunda Ümumdünya Məskunlaşma Günü qeyd edilib
Okt 29, 2026 | 16:24 / Konfranslar, iclaslar
Oxunub 10 dəfə

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ümumdünya Məskunlaşma Günü” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən institutun Həmkarlar Təşkilatı sədrinin müavini Elxan İsakov məskunlaşma məsələləri, şəhərlərin inkişafı və urbanizasiya prosesinin yaratdığı çağırışlardan danışıb. O, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, şəhər mühitinin planlı inkişafı və ekoloji tarazlığın qorunmasının vacibliyini qeyd edib.

Tədbir zamanı sürətli urbanizasiya, yaşayış məntəqələrinin inkişafı və insanların əlverişli yaşayış mühiti ilə təmin olunması məsələlərinə toxunulub.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

JURNALLAR
Faydalı linklər