Xəbərlər
Foto
Kimya İnstitutunda qeyri-rəsmi məşğulluq mövzusunda seminar keçirilib
Okt 30, 2026 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 60 dəfə

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda “Qeyri-rəsmi məşğulluq” mövzusunda seminar keçirilib.

Tədbirdə çıxış edən institutun Həmkarlar Təşkilatı sədrinin müavini Elxan İsakov qeyri-rəsmi məşğulluğun mahiyyəti, yaranma səbəbləri və əmək münasibətlərində yaratdığı problemlər barədə məlumat verib. O, əmək müqaviləsinin bağlanmasının, işçilərin hüquqlarının qorunmasının və sosial təminatlardan yararlanmasının vacibliyini vurğulayıb.

Seminarda qeyri-rəsmi məşğulluğun əmək hüquqlarına və sosial təminatlara təsiri, eləcə də bu sahədə hüquqi məlumatlılığın artırılması məsələləri müzakirə olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

JURNALLAR
Faydalı linklər