Okt 30, 2026 | 16:25 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Polimerlər Kimyası və Fizikası İnstitutu arasında onlayn görüş keçirilib.
Əvvəlcə Kimya İnstitutunun Beynəlxalq Əməkdaşlıq sektorunun əməkdaşı Araz Dövlətov açaraq iki institut arasında elmi əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və gələcək birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra Özbəkistan Respublikası Elmlər Akademiyasının Polimerlər Kimyası və Fizikası İnstitutunun elmi və innovasiya işləri üzrə direktor müavini, texnika elmləri doktoru, professor Abduşükür Abduxaliloviç Sarimsakova verib. O, bildirib ki,
Polimerlər Kimyası və Fizikası İnstitutunun nümayəndələri ipək istehsalı və digər sənaye sahələrində yaranan tullantıların emalı, xitin və xitozan əsasında yeni materialların hazırlanması, polimer-metal sistemləri və nanokapsulların sintezi üzrə tədqiqatları təqdim ediblər. Həmçinin aqrar sektorda tətbiq olunan preparatlar, suyun təmizlənməsi və dərman maddələrinin çatdırılması üçün hazırlanmış materiallar barədə məlumat verilib.
Təqdimatlarda polimerlərin kimyəvi modifikasiyası, suya qənaət edən hidrogellərin hazırlanması, sellüloza və onun törəmələri əsasında biomaterialların sintezi, nanostrukturlu kompozitlər, fotovoltaik materiallar və polimer karbon nitridinin katalitik xüsusiyyətləri diqqətə çatdırılıb. Tədqiqatların sənaye, kənd təsərrüfatı, tibb və ətraf mühitin mühafizəsində tətbiqi imkanları müzakirə olunub.
Ardınca Kimya İnstitutundan “Kimyəvi-fiziki analiz” mərkəzinin rəhbəri, kimya elmləri doktoru professor Etibar İsmayılov, Kimya İnstitutunun “Nanokompozitlər və nanokatalizatorlar” laboratoriyasının müdiri, kimya elmləri doktoru Vüsal Əhmədov, Kimya İnstitutunun “Müxtəlif funksiyalı polibirləşmələr və yanacaq kompozisiyalar” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Elxan İsakov və “Sorbsiya prosesləri” laboratoriyasının əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Sara Cəbiyeva laboratoriyalarda aparılan tədqiqatlar, polimer materiallar, kataliz, sorbsiya prosesləri və kimyəvi-fiziki analiz sahəsində fəaliyyət barədə məlumat veriblər.
Görüş zamanı Sara Cəbiyeva nanostrukturlu metal-polimer katalizatorları istiqamətində Özbəkistanın Polimerlər Kimyası və Fizikası İnstitutu ilə artıq birgə layihə çərçivəsində əməkdaşlıq etdiklərini qeyd edib. O, mövcud layihə üzrə tədqiqatların yenidən fəallaşdırılması və birgə fəaliyyətin daha da gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
Görüşün sonunda laboratoriyalar arasında birbaşa elmi əlaqələrin genişləndirilməsi, birgə tədqiqat layihələrinin inkişaf etdirilməsi və növbəti mərhələdə institut rəhbərliklərinin iştirakı ilə görüşün keçirilməsi məsələləri müzakirə olunub. Həmçinin əməkdaşlığın memorandum imzalanmaqla rəsmiləşdirilməsi istiqamətində razılıq əldə edilməsi nəzərdə tutulub.









