Xəbərlər
“Süni İntellekt və Sənaye” mövzusunda dəyirmi masa keçiriləcək
Noy 03, 2026 | 17:06 / Konfranslar, iclaslar
Oxunub 61 dəfə

Noyabrın 12-də Milli Süni İntellekt Mərkəzi (NAIC) və Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun təşkilatçılığı, “AI Community”nin tərəfdaşlığı ilə “Süni İntellekt və Sənaye” mövzusunda dəyirmi masa keçiriləcək.

Dəyirmi masada süni intellekt üzrə tədqiqatçı və müəllim Nail Məmmədov, süni intellekt mühəndisi Fərman Xankişiyev məruzəçi qismində çıxış edəcəklər.

Tədbirdə sənaye sektorunda süni intellekt və maşın öyrənməsi həllərinin tətbiqi, istehsalat və kimya texnologiyalarında rəqəmsal transformasiya məsələləri müzakirə olunacaq. Həmçinin süni intellekt texnologiyalarının elmi tədqiqatlardan real tətbiqə keçid mərhələləri və yerli sənayedə süni intellekt mühəndisliyinin inkişaf perspektivləri diqqətə çatdırılacaq.

Tədbir çərçivəsində aparılacaq müzakirələrin davamı olaraq dekabr ayında üç gün davam edəcək süni intellekt təliminin keçirilməsi də nəzərdə tutulur.

 

JURNALLAR
Faydalı linklər