Kimya İnstitutunun alimi Belçikada elmi tədqiqat səfərindədir
Noy 04, 2026 | 13:24 / Mühüm hadisələr
Noy 04, 2026 | 13:24 / Mühüm hadisələr
Oxunub
30 dəfə
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun Fiziki-kimyəvi Analiz Mərkəzinin rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Sevinc Osmanova noyabrın 3-dən 6-dək Belçika Krallığının Gent şəhərində elmi səfərdədir.
Səfər çərçivəsində alim Gent Universitetinin Katalitik Reaksiya Mühəndisliyi Laboratoriyasında elmi tədqiqatlarını davam etdirir. O, elmi məsləhətçisi, Gent Universitetinin professoru Joris Thybaut ilə birgə apardıqları tədqiqatların nəticələrini müzakirə edir, əldə olunan elmi nəticələri təhlil edir və gələcək tədqiqat istiqamətlərini müəyyənləşdirir.









