İyn 16, 2026 | 16:09 / Mühüm hadisələr
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun əməkdaşları üçün İnstitutun Həmkarlar Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə İsmayıllı rayonuna iki günlük istirahət səfəri təşkil olunub.
Səfərin məqsədi əməkdaşların asudə vaxtının səmərəli təşkili, onların istirahətinin təmin edilməsi, kollektiv üzvləri arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsi, eləcə də ölkəmizin təbii gözəllikləri ilə tanışlıq olub.
İki gün davam edən səfər çərçivəsində əməkdaşlar üçün musiqili-əyləncəli proqram təşkil edilib. İştirakçılar gündəlik iş rejimindən kənarda bir araya gələrək ünsiyyət qurub, birlikdə xoş vaxt keçiriblər.
Səfər iştirakçıların xoş təəssüratları ilə yadda qalıb.
Qeyd edək ki, Kimya İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən bu cür tədbirlərin təşkili əməkdaşların sosial rifahının dəstəklənməsinə, kollektivdə sağlam münasibətlərin və həmrəyliyin möhkəmləndirilməsinə yönəlib.









