Xəbərlər
Foto
Kimya İnstitutunun alimlərinin birgə tədqiqatının nəticələri Q2 kateqoriyalı jurnalda dərc olunub
Noy 16, 2026 | 15:59 / Konfranslar, iclaslar
Oxunub 51 dəfə

 Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının əməkdaşları Nigar Şixverdiyeva, Ülviyyə Məmmədova, Nizami Zeynalov, Cəmilə Quliyeva, Nərgiz Rəhimli, Həcər Aslanova, Çiçək Seyidova və Dilqəm Tağıyevin, Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları Akif Quliyev və Məlahət Hüseynova ilə birgə apardıqları tədqiqatın nəticələri beynəlxalq elmi jurnalda dərc olunub.

“Poliakril turşusu ilə modifikasiya edilmiş xitozan əsasında nikel nanokompozitlərinin sintezi və xarakteristikası” (“Synthesis and Characterization of Nickel Nanocomposites Based on Polyacrylic Acid-Modified Chitosan”) adlı məqalə “Tətbiqi Polimer Elmi” jurnalında (“Journal of Applied Polymer Science”) yayımlanıb. Jurnal “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarında indekslənir, impakt faktoru 3.1, kvartilli isə Q2-dir.

Tədqiqatda poliakril turşusu (PAA) ilə modifikasiya edilmiş xitozan əsasında nikel tərkibli nanokompozitlər sintez olunub. PAA-nın polimer matrisinə daxil edilməsi əlavə karboksil funksional qruplarının yaranmasına və bu qrupların nikel tərkibli birləşmələrlə qarşılıqlı təsirinə şərait yaradır. Beləliklə, xitozan/PAA sistemi nikel tərkibli komponentlərin immobilizasiyası üçün biopolimer əsaslı daşıyıcı matris kimi istifadə edilib.

Sintez olunmuş nanokompozitlər FTIR, UV-Vis, SEM, EDX və XRD fiziki-kimyəvi tədqiqat metodları ilə tədqiq edilmişdir. Aparılan analizlər polimer matrisi ilə nikel tərkibli komponentlər arasında qarşılıqlı təsirləri və nikelin kompozit strukturuna daxil edilməsini təsdiqləyir.

Tədqiqatın nəticələri xitozan/PAA əsaslı nikel nanokompozitlərinin perspektivli polimer materiallar kimi hazırlanması və tətbiqi imkanlarını nümayiş etdirir.

N. Shikhverdiyeva, U. Mammadova, N. Zeynalov, A. Guliyev, J. Guliyeva, N. Rahimli, H.Aslanova, Ch.Seyidova, D. Tagiyev, M. Huseynova, “ Synthesis and Characterization of Nickel Nanocomposites Based on Polyacrylic Acid-Modified Chitosan,” Journal of Applied Polymer Science (2026): e71807

https://doi.org/10.1002/app.71807

JURNALLAR
Faydalı linklər