Xəbərlər
Foto
Kimya İnstitutunun alimi beynəlxalq konfransda sertifikatla təltif olunub
Noy 18, 2026 | 15:07 / Mühüm hadisələr
Oxunub 35 dəfə

Noyabrın 16-17-də MDPI və “Lubricants” jurnalının təşkilatçılığı ilə onlayn formatda “Sürtkü materialları və triboloji təmaslar üzrə I Beynəlxalq Konfrans” (The 1st International Online Conference on Lubricants and Tribological Contacts - IOLCTC 2026) keçirilib.
Konfransda Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun “Üzvi birləşmələr və sürtkü kompozisiyalarının tədqiqi” mərkəzinin baş elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru Aida Yusifova da iştirak edib.
Sürtkü materialları və triboloji təmaslar sahəsinə həsr olunan beynəlxalq elmi tədbirdə bu istiqamətdə aparılan tədqiqatlar və elmi yeniliklər müzakirə olunub.
Aida Yusifova konfransda fəal iştirakına görə sertifikatla təltif edilib.

JURNALLAR
Faydalı linklər