Xəbərlər
Foto
Kimya İnstitutunun əməkdaşının elmi işi BANM-də təqdim edilib
Noy 20, 2026 | 16:35 /
Oxunub 72 dəfə

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun “Kimyəvi texnoloji proseslərin modelləşdirilməsi” laboratoriyasının elmi işçisi Şəfiqə Əliyevanın müəllifi olduğu tədqiqat Bakı Ali Neft Məktəbinin (BANM) müəllim və magistrantlarına təqdim olunub.

“Etilen istehsalının yüngül piroliz qatranının səmərəli emal prosesinin işlənilməsi və yüksək təmizliyə malik benzolun ayrılması texnologiyası” mövzusunda tədqiqatı proses ve proses təhlükəsizliyi mühəndisi, BANM-in kimya mühəndidliyi üzrə I kurs magistr tələbəsi Adil Əliyev təqdim edib.

Təqdimatda yüngül piroliz qatranının səmərəli emalı və yüksək təmizlikli benzolun ayrılması üçün təklif olunan üsul izah edilib. Mövzunun Azərbaycan və dünya üçün aktuallığı, eləcə də problemin həlli ilə bağlı təkliflər müzakirə olunub.

JURNALLAR
Faydalı linklər