Deionlaşdırılmış və ya deminerallaşdırılmış su
Mart 01, 2018 | 10:47 / Maraqlı məlumatlar
Mart 01, 2018 | 10:47 / Maraqlı məlumatlar
Oxunub
5141 dəfə
Deionlaşdırılmış su müxtəlif metodlarla ionların kənarlaşdırılması ilə əldə edilmiş sudur. Bu tip sular adi və ya distillə suyundan elektrik cərəyanı keçirməklə əldə olunur. Bu zaman ion daşıyıcı kiçik ölçülü xüsusi polimer kürəciklərdən istifadə olunur. Bu kürəciklər mineralların hidrolizindən alınan ionları H+ və OH- ilə dəyiştirərək H2O əmələ gətirirlər. Deionizə olunmuş su hava ilə təmasda tərkibi distillə suyunda olduğu kimi dəyişə bilər. Bu sudan analitik cihazlarda, mikrobiologiyada sterilləşdirmə, şüşələrin yuyulması, məhlulların hazırlanması və s. üçün istifadə olunur.